Bakı şəhəri, Qaradağ rayonu / Salyan şossesi 28 km yerləşən ərazimizdə, 40.000 kv.metr açıq saxlama sahəsi, 7000 kv.m. qapalı anbar sahəsi və 2000 kv.m. ofislər təklif edirik.

                Şirkətimiz böyük ölçülü yüklərin qaldırılması və daşınması üzrə ixtisaslaşmışdır.

                Biz geniş çeşiddə avadanlıqlar təklif edirik. O cümlədən 500 tona qədər qaldırma qabiliyyəti olan mobil teleskopik kranlar, 1250 tona qədər  qücə malik olan Tırtıllı kranlar, 115 tonadək HIAB qatlanan kran-manipulyatorlar, çəngəlağız avtoyükləyicilər, teleskopik yükləyicilər, uzadıla bilən qoşqular, aşağı ramalı qoşqular, 250 tonadək modul qoşqular, 20000 tona qədər yükgötürmə qabiliyyəti olan SPMT ( Xüsusi məqsədlər üçün modul qoşqular), buldozerlər, ekskavatorlar-yükləyicilər, Generatorlar, Yağsız hava kompressorları, Qurutma avadanlıqları, ISO tank konteynerlər, konteyner otaqlar – modullar, dəniz konteynerləri və s.

                Azərbaycanın əlverişli coğrafi mövqeyini nəzərə alaraq, biz dərhal Gürcüstan, Türkiyə, Rusiyanın cənubu, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Birləşmiş Ərəb Əmirliklərinə malların daşınması xidmətləri göstərə bilərik.

                Müştərilərin tələblərinə uyğun olaraq, Azərbaycandan kənarda da çox sayda avadanlıqımız olduğu üçün qısa müddət ərzində istənilən lazımi tikinti, qaldırma və nəqliyyat vasitələrini xaricdən təmin edə bilərik.

                “Lifting and Transportation Facilities” MMC həmçinin tikinti sahəsində istifadə olunan ağır texnika və avadanlıqların icarəsi xidmətini təqdim edir.

                Həcmli yüklərin daşımalarına əlavə olaraq, biz adi yüklərin hava, avtomobil yolu, dəmir yolu və dəniz yolu ilə nəqliyyat ekspedisiyasını təşkil edirik və bu sahədə ixtisaslaşmışıq.

                Bizim qablaşdırma ilə məşqul olan işçilərimiz şəxsi və məişət əşyaları, asanlıqla qırılan, təhlükəli və partlayıcı məhsullar, neft qazma avadanlıqları və xüsusi qayğıya ehtiyac duyulan digər məhsulları diqqət  və ehtiyat ilə qablaşdır.