Şirkətimiz Bakı şəhəri, Azərbaycanda (Qaradağ rayonu / Salyan şossesi 28 km) yerləşir
Bizim baza 40.000 kv.metr ərazini əhatə edir, qapalı sahəsi 7000 kv.m. və ofis binası 2000 kv.m. əhatə edir.
Postsovet ölkələrinin ağır sənayedə inkişafını nəzərə alaraq, şirkətimiz böyük ölçülü yüklərin qaldırılması və daşınması üçün xüsusi avadanlıqlar parkını artırmağa başladı.
Parkımız geniş çeşidli avadanlıqlarla əhatə edilmişdir. O cümlədən 500 tona qədər qaldırma qabiliyyəti olan mobil teleskopik kranlar, 750 tona qədər qücə malik olan Tırtıllı kranlar, 115 tonadək HIAB qatlanan kran-manipulyatorlar, çəngəlağız avtoyükləyicilər, teleskopik yükləyicilər, uzadıla bilən qoşqular, aşağı ramalı qoşqular, 250 tonadək modul qoşqular, 20000 tona qədər yükgötürmə qabiliyyəti olan SPMT ( Xüsusi məqsədlər üçün modul qoşqular), buldozerlər, ekskavatorlar-yükləyicilər, Generatorlar, Yağsız hava kompressorları, Qurutma avadanlıqları, konteyner otaqlar-modullar və s.
Şirkətimizin parkı Zaqafqaziyada ən böyük parklardan biridir.
Azərbaycanın əlverişli coğrafi mövqeyini nəzərə alaraq, biz dərhal Gürcüstan, Türkiyə, Rusiyanın cənubu, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Birləşmiş Ərəb Əmirliklərinə malların daşınması xidmətləri göstərə bilərik.
Müştərilərin tələblərinə uyğun olaraq, Azərbaycandan kənarda da çox sayda avadanlıqımız olduğu üçün qısa müddət ərzində istənilən lazımi tikinti, qaldırma və nəqliyyat vasitələrini xaricdən təmin edə bilərik.
Böyük və ağır yüklərin daşınmasında ixtisaslaşmış işçilərimizin təcrübəsi orta hesabla 15-20 il təşkil edir.